...

Xoşbəxt xalqıq ki, bu zəfərin sevincini yaşayırıq - Bakı sakini

Gündəm Materials 8 Noyabr 2023 12:15 (UTC +04:00)
Xoşbəxt xalqıq ki, bu zəfərin sevincini yaşayırıq - Bakı sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyük qürurla qeyd edir.

Bunu Trend-ə Bakı sakini Şərif Kərimli deyib.

O qeyd edib k, xoşbəxt xalqıq ki, bu zəfərin sevincini yaşayırıq.

“Bizim atalarımız, babalarımız vaxtilə qələbə sevincini dadıblar, onların sevincini eşidəndə bizə qeyri-adi gəlirdi. Amma tale elə gətirdi ki, həmin sevincdən Allah bizə də nəsib etdi. Bütün Azərbaycan xalqı bu qələbəni qeyd edir. Bu gün uşaqlar da Qənimətlər Parkına gəlir və düşmənə hansı zərbə vurduğumuzu görürlər.

Mən də özümə borc bildim ki, bu gün bura gəlib qazilərimizlə görüşüm. Qənimətlər Parkına gəlib burada olan məhv edilmiş düşmən texnikalarına baxanda qələbəmizin əzəmətini bir daha hiss edirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti