...

“Google” istifadə olunmayan “Gmail” hesablarını silməyə başlıyacaq

Gündəm Materials 28 Noyabr 2023 10:29 (UTC +04:00)
“Google” istifadə olunmayan “Gmail” hesablarını silməyə başlıyacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” təhlükəsizlik risklərinə görə qeyri-aktiv və ya istifadə olunmayan “Gmail” hesablarını silmək qərarına gəlib.

Trend-in məlumatına görə, dekabrın 1-dən etibarən tətbiq olunacaq və e-poçtlar, fayllar və hesabla əlaqəli digər məlumatlar həmişəlik silinəcək. Hesabınızın silinməməsi üçün ən azı iki ildə bir dəfə hesaba daxil olmaq kifayətdir. Bundan əlavə, “Google Disk”, “YouTube”, “Play Store” və digər “Google” xidmətlərindən istifadə hesabınızı aktiv saxlayacaq.

Qeyd edək ki, bu siyasət hazırda yalnız “Gmail” hesablarına tətbiq edilsə də, gələcəkdə “YouTube” hesablarına da tətbiq oluna bilər. Buna görədə mütəmadi olaraq hesaba daxil olmaq vacib bir addım olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti