...

“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır - Simonyan

Gündəm Materials 9 Sentyabr 2024 11:08 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

“Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası” buraxılmalıdır, çünki artıq ikinci tərəfin səlahiyyəti yoxdur.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib.

A.Simonyan bildirib ki, "Dağlıq Qarabağ prezidenti" ifadəsi onun üçün qeyri-mövcuddur.

"İkinci tərəf artıq səlahiyyətli deyil, Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının ləğv edilməsi zəruridir. Artıq "Dağlıq Qarabağ"da mövcud olan vəzifəli şəxslər yoxdur və "Dağlıq Qarabağ prezidenti" termini etibarlı deyil. Bu məsələ ciddi müzakirə edilməlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti