...

"Olimp" mağazasının yerləşdiyi binada yanğın baş verib

Hadisə Materials 27 Fevral 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir A.Salmanov/ Yasamal rayonu ərazisindəki "Olimp" mağazasının yerləşdiyi binada yanğın başlayıb. Yasamal rayon Yanğından Mühafizə Xidmətindən Trend ə verilən məlumata görə, yanğın İnşaatçılar prospektində yerləşən yaşayış binasının 3-cü mərtəbəsində baş verib. Hadisə yerində yanğınsöndürənlər iş aparır. Hadisə zamanı xəsarət alanın olub-olmaması məlum deyil.

Xəbər lenti

Xəbər lenti