Azərbaycan, Bakı, 23 may / Trend , müxbir K.Zərbalıyeva/ Sərhəd Qoşunlarının əsgəri xidməti silahı ilə əsgər yoldaşını yaralayıb.
Hərbi mənbədən cümə günü Trend -a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Zaqataladakı N saylı hərbi hissəsinin əsgəri, ötən ilin oktyabrında Cəlilabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış İsbarov İldırım Dünyamalı oğlu iki gün öncə avtomat silahı ilə əsgər yoldaşı Əliyev Elnur Sirac oğluna atəş açıb.
Sonra isə silahla öz ayağına atəş açıb. Əliyev hospitala yerləşdirilib və vəziyyəti ağırdır.
Faktla bağlı Gəncə şəhər Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Günün sonu olduğundan DSX-dən məlumatı təsdiqləmək mümkün olmayıb.
Sərhəd Qoşunlarının Şəki şəhərində yerləşən N saylı hərbi hissəsinin əsgəri Əşrəf Əşrəfov isə Sumqayıtdan hərbi xidmətə çağırılan 19 yaşlı Nazim Abbasov tərəfindən 3 güllə ilə qətlə yetirlib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]