...

Azərbaycanın qərbində azyaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 19 Noyabr 2008 11:08 (UTC +04:00)

Azərbaycan, Gəncə, 19 noyabr / Trend , müxbir V. Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində baş verən yol nəqliyyat qəzasında bir azyaşlı uşaq dünyasını dəyişib.

Noyabrın 18-də axşam saatlarında Təbriz küçəsi ilə Rəfibəyli küçəsinin kəsişməsində 1983-cü il təvəllüdlü Gəncə şəhər saikni Kərim Şəmil oğlu Məmmədovun idarə etdiyi 10 RT 422 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil, 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Mehdiyev Əfqan İbrahim oğlunun idarə etdiyi 20 BH 525 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobillə toqquşub, çərşənbə günü Trend -a Gəncə şəhər Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılov bildirib.

Onun sözlərinə görə, nəticədə VAZ 2106 markalı avtomobildə olan iki azyaşlı uşaq, 2005-ci il təvəllüdlü Mehdiyeva Rəsmiyyə Əfqan qızı və 2006-cı il təvəllüdlü Mehdiyeva Nərmin Əfqan qızı ciddi xəsarət alıb. Onların hər ikisi Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, 3 yaşlı Rəsmiyyə Mehdiyevanın həyatını qurtarmaq mümkün olmayıb.

Faktala bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti