...

Bakıda sahibkarın avtomobilindən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 17 Dekabr 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər avtomobildən külli miqdarda pul oğurlayıblar. Bu barədə çərşənbə günü Trend - a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

RPİ - dən bildiriblər ki, dekabrın 15 - də saat 18:00 radələrində rayonun Sabit Rəhman küçəsində naməlum şəxs Bakı sakini Saleh Səmədova məxsus "BMV" markalı avtomobilin qabaq şüşəsini sındıraraq, avtomobildəki 40 min manat və 15 min dolları pulu oğurlayıb. Zərərçəkənin sahibkar olduğu bildirilir.

Oğurluq edənin müəyyən edilməsi üçün polis əməkdaşları əməliyyat - axtarış tədbirləri davam etdirirlər.

Faktla bağlı Nərimanov RPİ - dən Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla oğurluq törədildikdə (177.3.2 - ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti