...

Bakıda gimnaziya binasında bomba axtarırlar (TƏCİLİ)

Hadisə Materials 29 Yanvar 2009 17:21 (UTC +04:00)
Bakıda gimnaziya binasında bomba axtarırlar (TƏCİLİ)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir S.Kazımlı/ Azərbaycan FHN-in əməkdaşları bomba qoyulması barədə daxil olan zənglə əlaqədar Bakının mərkəzində İncəsənət Gimnaziyasının binasında axtarış aparırlar, - Trend -un müxbiri hadisə yerindən xəbər verir.

Cümə axşamı saat təxminən 15:00 radələrində paytaxtın Yasamal Rayon Polis Idarəsinə gimnaziyanın binasına bomba qoyulması barədə anonim zəng daxil olub. Gimnaziyaya FHN-in əməkdaşları göndərilib. Onlar insanları binadan çıxarıblar. Binaya diqqətli baxış davam edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]



Xəbər lenti

Xəbər lenti