...

Kutaisidə qəza şəraitində olan evin çökməsi nəticəsində bir nəfər ölüb

Hadisə Materials 24 Mart 2010 15:57 (UTC +04:00)
Bu gün Kutaisidə bədbəxt hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Kutaisidə qəza şəraitində olan evin çökməsi nəticəsində bir nəfər ölüb

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Kutaisidə bədbəxt hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb.

"İmedi" telekanalının məlumatına görə, faciə ata və qızın yaşadığı qəza şəraitində olan evin bir hissəsinin çökməsi nəticəsində baş verib. Ata Kaxa Maqlaperidze hadisə yerindəcə həlak olub, onun 16 yaşlı qızı Maqada isə ağır bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Ona tibbi yardım göstərən həkimlərin sözlərinə görə, Maqadanın həyatı təhlükə altında deyil.

100 il əvvəl tikilmiş qəza şəraitində olan evdə səkkiz ailə yaşayır. Onlar binanın dağılmaqda davam edəcəyindən ehtiyat edirlər.

Xəbər lenti

Xəbər lenti