...

Bakıdakı orta məktəbdən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar

Hadisə Materials 11 Oktyabr 2010 10:45 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Kənan Tağıyev və Elnur Qurbanov sentyabrın 22-nə keçən gecə Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 236 saylı orta məktəbdən 7 min manat pul oğurlayıblar.
Bakıdakı orta məktəbdən pul oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda orta məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Kənan TağıyevElnur Qurbanov sentyabrın 22-nə keçən gecə Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən 236 saylı orta məktəbdən 7 min manat pul oğurlayıblar.

Onlar məktəbin direktoru Xanlar İmaməliyevin otağına pəncərədən keçmək yolu ilə 1 500, katibənin otağındakı seyfdən isə 5 500 manat oğurlayıblar.

Məlum olub ki, həmin şəxslər sentyabrın 25-də Badamdar qəsəbə sakini Famil Abdullayevə məxsus iki mağazadan pəncərədən və qapıdan keçmək yolu ilə, ümumilikdə, 145 manat və bankomat kartı oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti