Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:39-da yayılıb)
Azərbaycan, Bakı, 5 fevral /Trend/
İsraillə Misir arasında olan qaz kəməri partladılıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" kanalı xəbər yayıb.
Naməlum şəxslər Misirdə Sinay yarımadasının şimalında İsraillə sərhədin yaxınlığında yerləşən Əl-Əriş şəhərinin ərazisində qaz kəmərini partladıblar. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" şənbə günü Misirin milli televiziyasına istinadən xəbər verib.
Hazırda partlayış baş verən rayonda qaz kəməri yanıb. Boru kəmərinə qaz nəqli dayandırılıb. Televiziya kanalının məlumatına görə, partlayışı "ölkədə hökm sürən qeyri-sabit vəziyyətdən sui-istifadə edən terrorçular" həyata keçirib. Sinay yarımadasından keçən qaz kəməri İsrailə qaz nəqli üçün də nəzərdə tutulub.
Misir 1979-cu ildə İsraillə sülh bağlayan ilk ərəb ölkəsi olub.
Bu günə Misirin sübut olunmuş qaz ehtiyatları 1,89 trilyon kubmetr təşkil edir.