"Əl-Qaidə" terror təşkilatı öz lideri Üsamə bin Ladenin həlak olduğunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi məlumat verib.
Bin Laden mayın 2-nə keçən geçə ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistan paytaxtı yaxınlığında Abbotabad rayonu ərazisində yerləşən möhkəmləndirilmiş evdə öldürülüb. ABŞ hakimiyyəti bin Ladeni 11 sentyabr 2001-ci ildə ABŞ tarixində baş verən ən dəhşətli terror aktının təşkilində şübhəli bilirdilər.
ABŞ-ın İslam Saytlarının Monitorinqi Mərkəzinin (SITE Intelligence Group) məlumatına görə, təsdiqedici məlumat ekstremistlərin ümumdünya şəbəkəsindən istifadə etdikləri resursların birində yerləşdirilib.
"Əl-Qaidə" mayın 6-da cihadçıların forumlarında lideri Üsamə bin Ladenin ölümünü təsdiqləyən bəyanat yerləşdirib.