...

Norveçdə terror aktları törətməkdə ittiham olunan Anders Breyvik cəmiyyəti dəyişmək istədiyini söylədi

Hadisə Materials 24 İyul 2011 18:30 (UTC +04:00)
Norveç dövlət teleradio şirkətinin yaydığı məlumata əsasən ikili terror aktı törətməkdə ittiham olunan Anders Breyvik əməlləri ilə cəmiyyəti dəyişmək niyyətində olduğunu söylədi.
Norveçdə terror aktları törətməkdə ittiham olunan Anders Breyvik cəmiyyəti dəyişmək istədiyini söylədi

Norveç dövlət teleradio şirkətinin yaydığı məlumata əsasən ikili terror aktı törətməkdə ittiham olunan Anders Breyvik əməlləri ilə cəmiyyəti dəyişmək niyyətində olduğunu söylədi.

Breyvikin vəkilinin sözlərinə görə, "O, cəmiyyətdə dəyişiklikər etmək istəyirdi. Breyvik cəmiyyətə və onun strukturuna hücüm etmək niyyətində idi."

Norveç KİV xəbər verirlər ki, Breyvik istifadə etdiyi silahları "ovçuluq məqsədi ilə" almışdır.

Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır.

Partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb.

Hadisənin səbəbi araşdırılır. Binalardan birinin yanında yanmış avtomobilin qalıqları görünüb. Hadisə yerinə polis, tibbi xidmət və yanğınsöndürən maşınlar gəlib.

Şahidlərin ifadələrinə görə, yaxınlıqdakı məhəllələri tüstü bürüyüb. Yaxınlıqda yerləşən binalardan insanlar təxliyyə olunur.

Partlayışla əlaqədar üç nəfər şübhəli şəxs polis tərəfindən tutulub.

Eyni zamanda Oslonun ətrafındakı gənclər düşərgəsində polis geyimli bir şəxsin odlu silahdan açdığı atəş nəticəsində azı 85 nəfər həlak olub.

Polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Bildirilir ki, saxlanılan ultra-sağçı qruplaşmalarla bağlı olan etnik norveçlidir və onun paytaxtdakı partlayışla əlaqəsi var.

Xəbər lenti

Xəbər lenti