Azərbaycan, Bakı, 18 avqust /Trend /
Təbrizin "Traktor" futbol komandası Gilan əyalətinin sevimlisi olan "Damaş" komandasını 3-2 udub. Oyundan sonra "Traktor" futbol komandasının avtobusuna rəqib komandanın tərəfdarları tərəfindən hücum olunub. Bu barədə Trend İranın shomalnews.com saytına istinadən məlumat verir.
"Damaş" komandasının tərəfdarları komandalarının uduzmasından qəzəblənərək "Traktor" komandasının stadiondan çıxmasına mane olublar.
Təbrizin "Traktor" futbol klubunun avtobusuna hücum olunub
Təbrizin "Traktor" futbol klubunun avtobusuna hücum olunub
