...

Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 18 Avqust 2011 14:08 (UTC +04:00)
Səbail rayonu, Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranıb.
Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 11:19-da yayılıb)

Dördüncü abzasdan sonra Səbail rayon icra başçısının müavini, rayonun fövqəladə hallar komissiyasının sədri Yavər Allahverdiyevin açıqlaması əlavə olunub (İlk xəbər 11:19-da yayılıb)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T. Hacıyev/

Səbail rayonu, Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranıb.

Səbail rayon İcra Hakimiyyətindən cümə axşamı Trend-ə verilən məlumata görə, sürüşmə gecə saatlarında baş verib. Bununla əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, ərazidə bərkitmə işləri aparılır.

Ərazidə yaşayan sakinlər Trend-ə bildirib ki, sürüşmə nəticəsində "Gülüstan Sarayı"nın yaxınlığında yolda çat əmələ gəlib.

Səbail rayon icra başçısının müavini, rayonun fövqəladə hallar komissiyasının sədri Yavər Allahverdiyev Trend-ə bildirib ki, ərazidə sürüşmə nəticəsində müəyyən çatlar əmələ gəlib. Onun sözlərinə görə, dünən Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə təcili müşavirə keçirilib.

Dünən gecə saat 03:00-dək ərazidə çatların bərpası işləri aparılıb.

Komissiya sədrinin sözlərinə görə, hazırda Abid Şərifov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə iclas keçirilir və yekunda müvafiq qərarlar qəbul olunacaq.

Allahverdiyev deyib ki, sürüşmə olan əraziyə suvay vurulma (beton bərkitmə) işləri aparılacaq.

Xəbər lenti

Xəbər lenti