...

"Azəryolservis"ə məxsus avtomobil qəza törədib, 1 nəfər ölüb

Hadisə Materials 21 Sentyabr 2011 11:34 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 20.15 radələrində Şəmkir rayonu ərazisində, Goranboy rayon sakini Təyyar Alıyevin idarə etdiyi "Azəryolservis" ASC-nə məxsus "Mitsubishi" markalı avtomaşının təkəri partlayıb.
"Azəryolservis"ə məxsus avtomobil qəza törədib, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Azəryolservis"ə məxsus avtomobil qəza törədib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 20.15 radələrində Şəmkir rayonu ərazisində, Goranboy rayon sakini Təyyar Alıyevin idarə etdiyi "Azəryolservis" ASC-nə məxsus "Mitsubishi" markalı avtomaşının təkəri partlayıb.

Nəticədə Alıyev idarəetməni itirdiyindən avtomaşın yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn Ağstafa rayon sakini Münasib Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomaşına dəyərək aşıb.

Alıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti