...

Misir-İsrail qaz boru kəmərində növbəti terror aktının qarşısı alınıb

Hadisə Materials 27 Sentyabr 2011 16:33 (UTC +04:00)
Bu gün Misir təhlükəsizlik qüvvələri İsrail istiqamətindəki qaz boru kəmərinin yaxınlığında əldəqayırma bomba aşkar ediblər.
Misir-İsrail qaz boru kəmərində növbəti terror aktının qarşısı alınıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Misir təhlükəsizlik qüvvələri İsrail istiqamətindəki qaz boru kəmərinin yaxınlığında əldəqayırma bomba aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə Misir "Masravi" qəzeti yazır.

Bundan bir az əvvəl - çərşənbə axşamına keçən gecə Misirdə İsrail və İordaniyanı yanacaqla təchiz edən qaz boru kəmərində partlayış olub. Nəticədə qaz kəməri ciddi zədə alıb.

Hadisə Sina yarımadasında, əl-Əriş şəhərinin qərbində baş verib. Şahidlərin hazırda yanan boru kəmərindən 15 metrədək yüksələn alovu gördüklərini bildirirlər.

Bu, Misirdə inqilabdan sonra İsrail və İordaniyanı yanacaqla təmin edən qaz boru kəmərində baş vermiş sayca beşinci partlayışdır.

Xəbər lenti

Xəbər lenti