...

Zəlzələdən sonra Van gölündə suyun səviyyəsi azalıb

Hadisə Materials 28 Oktyabr 2011 17:55 (UTC +04:00)
Oktyabrın 23-də Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra Van gölündə suyun səviyyəsi yarım metr aşağı düşüb.
Zəlzələdən sonra Van gölündə suyun səviyyəsi azalıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Oktyabrın 23-də Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra Van gölündə suyun səviyyəsi yarım metr aşağı düşüb. Bu baradə Trend cümə günü "Sabah" qəzetinə istinadən məlumat verir.

Oktyabrın 23-də Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Son məlumatlara əsasən, ölənlərin sayı 574 nəfərə çatıb, 2550 nəfər isə xəsarət alıb. Yerli seysmoloqlar məlumat veriblər ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 1000 nəfərə çata bilər.

Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət zərərçəkənlər arasında Türkiyənin bütün regionlarından və xaricdən gələn humanitar yardımları paylaşdırır. Onların daha çox isti paltara, çadırlara, ərzaq məhsullarına və içməli suya ehtiyacları var.

Cümə günü xilasedicilər dağıntılar altından 13 yaşlı oğlan uşağını çıxarıblar.

Xəbər lenti

Xəbər lenti