Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda, Aeroport şosesində bu gün günorta saatlarında marşrut avtobusu ilə minik avtomibili toqquşub.
3 saylı Kliniki Xəstəxananın qəbul şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, xəstəxanaya 10-a yaxın yaralı gətirilib və hazırda onlar xəstəxanaya yerləşdirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Suraxanı Rayon Polis İdarəsindən isə Trend-ə bildirilib ki, qəza Köhnə Suraxanıdan Yeni Suraxanıya gedən yolda baş verib.
Hadisə zamanı 11 nəfər xəsarət alıb və 3 saylı Kliniki Xəstəxanaya aparılıb.
Polisdən bildirilib ki, qəzanı törədən 162 saylı marşrut avtobusu ilə "Prado" markalı avtomobil olub.