Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Fövqəladə Hallar Nazirliyi (FHN) qəsdən mənzildə saxlanılan şəxsləri çıxarmağa müvəffəq olub.
Trend-in çərşənbə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1989-cu il təvəllüdlü bir nəfər giriş qapısını içəridən qəsdən bağlayıb və 2 nəfər ailə üzvünün mənzildən çıxmasına yol verməyib.
Xilasedicilər vətəndaşla söhbət edib və fikrindən daşındıraraq qapını könüllü açmasına nail olublar. Gərgin vəziyyətdə olan şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
FHN mənzildə saxlanılan şəxsləri çıxarmağa müvəffəq olub
Fövqəladə Hallar Nazirliyi (FHN) qəsdən mənzildə saxlanılan şəxsləri çıxarmağa müvəffəq olub.