Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir A.Tağıyeva /
Cümə günü əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul sahillərində yük gəmisi saya oturub. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
Gəmi Türkiyənin İzmit limanından Bolqarıstanın Varna limanına yollanırmış.
Gəminin ekipaj üzvləri təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.