...

Bakıda məhkum qohumuna mobil telefon keçirmək istəyən səxs saxlanılıb (FOTO)

Hadisə Materials 31 Yanvar 2012 11:04 (UTC +04:00)
Bakıda tortun içərisində məhkum qohumuna mobil telefon keçirmək istəyən səxs saxlanılıb.
Bakıda məhkum qohumuna mobil telefon keçirmək istəyən səxs saxlanılıb (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda tortun içərisində məhkum qohumuna mobil telefon keçirmək istəyən səxs saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan 1973-cü il təvəllüdlü Soltanov Taleh Əlövsət oğluna xalası oğlu Nəbiyev Nizami Nəbi oğlu tərəfindən gətirilən sovqata baxış keçirilib. Baxış zamanı tortun altında gizlədilmiş bir "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Soltanov Cinayət Məcəlləsinin oğurluq (177.2.1; 177.2.2-ci) maddəsi ilə təqsirləndirlir.

Faktla bağlı materiallar araşdırılmaq üçün Sabunçu Rayon Polis İdarəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti