...

Bakıda qaçırılan avtomobil qəza törədib

Hadisə Materials 27 Mart 2012 13:45 (UTC +04:00)
Bakıda qanına məxsus avtomobil qaçırılıb.
Bakıda qaçırılan avtomobil qəza törədib

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda qanına məxsus avtomobil qaçırılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 26-da Nərimanov rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus "Lexus" markalı avtomaşın qaçırılıb.

Nərimanov Rayon Polis İdarəsnin 18-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının orada işləyən Nicat Orucov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti