...

Tbilisi də "sürüşdü"

Hadisə Materials 28 Mart 2012 19:25 (UTC +04:00)
Tbilisidə xilasedicilər torpaq altında qalan iki nəfəri çıxartmağa çalışırlar.
Tbilisi də "sürüşdü"

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Sürüşmə nəticəsində Tbilisi rayonlarının birində iki nəfər torpaq altında qalıb. Tbilisi Fövqəladə Hallar Agentliyindən çərşənbə günü Trend-ə bildiriblər ki, sürüşmə Lyublyana küçəsində, Dəmiryol xəstəxanasının yaxınlığında baş verib.

Şahidlərin sözlərinə görə, iki nəfər topraq altında qalıb.

Onlarla əlaqə qurmaq heç cür mümkün deyil.

Hazırda hadisə yerindəki xilasedicilər topraq altında qalan iki nəfəri çıxartmağa çalışırlar.

Sürüşmə zonasına yerli hakimiyyət nümayəndələri də gəliblər.

Xəbər lenti

Xəbər lenti