...

Qəbələdə qar uçqununa düşmüş şəxslərin axtarışları sabah da davam etdiriləcək

Hadisə Materials 5 Aprel 2012 19:07 (UTC +04:00)
Martın 30-da Azərbaycanın Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakininin axtarışları davam etdirilir.
Qəbələdə qar uçqununa düşmüş şəxslərin axtarışları sabah da davam etdiriləcək

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Martın 30-da Azərbaycanın Qəbələ rayonunda dağlıq ərazidə itkin düşmüş rayonun Vəndam qəsəbəsinin 3 nəfər sakininin axtarışları davam etdirilir.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlərin cəlb olunduğu axtarışlar nəticə verməyib.

İtkin düşmüş şəxslərin axtarışları sabah da davam etdiriləcək.

Qəbələ rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, Vəndam kənd sakinləri 1992-ci il təvəllüdlü Elvin Kərimov, 1990-cı il təvəllüdlü Nazir Bayramov və 1991-ci il təvəllüdlü Zakir Məmmədov ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti