...

Azərbaycanda son iki gündə yol qəzalarında 6 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Hadisə Materials 7 May 2012 09:37 (UTC +04:00)
Azərbaycanda istirahət günlərində 25 yol qəzasında 6 nəfər ölüb, 38 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Azərbaycanda son iki gündə yol qəzalarında 6 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda istirahət günlərində 25 yol qəzasında 6 nəfər ölüb, 38 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzalardan 11-i (3 ölü, 20 xəsarət) mayın 5-də, 14-ü (3 ölü, 18 xəsarət) mayın 6-da baş verib.

Mayın 5-də saat 20:25 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəzada ikisi qadın, ikisi kişi olmaqla 4 nəfər xəsarət alıb.

Həmin gün saat 09:45-də Abşeron rayonunda Novxanı yolunda "VAZ 2107", "Nissan" və "Toyota Prado" markalı avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.

Bakı-Qazax yolunun 278-ci kilometrliyində, Ağdaş rayonu ərazisində "Mitsubish Pajero" markalı avtomobil maneəyə çırpılıb, qəzada 3 nəfər xəsarət alıb.

Ələt-Astara yolunun 178-ci kilometrliyində, Masallı rayonu ərazisində "Hyundai" ilə "İsizu" markalı avtomobillər toqquşub. Qəzada 3 nəfər xəsarət alıb.

Mayın 6-da Bakı-Qazax yolunun 89-cu kilometrliyində, Hacıqabul rayonunda "Mercedes" və "Kamaz" markalı avtomaşınlar toqquşub. Qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsində "Opel" və "İnfiniti" markalı avtomobillər toqquşub. Qəzada 3 nəfər xəsarət alıb.

Yasamal rayonunda, Bakıxanov küçəsində "Mercedes" markalı avtomobil yolu keçən 3 piyadanı vurub. Xəsarət alan piyadalar xəstəxanaya yerləşdiriliblər.

Bütün faktlar üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti