...

Abşeronda külli miqdarda partlayış təhlükəli əşya və döyüş sursatı aşkar olunub

Hadisə Materials 29 İyun 2012 19:03 (UTC +04:00)
Abşeronda yol kənarında partlayış təhlükəli əşyalar və döyüş sursatları aşkar olunub.
Abşeronda külli miqdarda partlayış təhlükəli əşya və döyüş sursatı aşkar olunub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Abşeronda yol kənarında partlayış təhlükəli əşyalar və döyüş sursatları aşkar olunub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda Fatmayı-Pirşağı yolunun kənarında boş sahədə partlayış təhlükəli əşyaların və döyüş sursatının olması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 54 ədəd partlayış təhlükəli əşya (3 ədəd kiçik maqnitli mina, 10 ədəd "VOQ - 17" qumbarası, 4 ədəd "Zapal MD" - 2, 6 ədəd F-1 əl qumbarası, 1 ədəd "RQD-5" əl qumbarası, 1 ədəd qeyri-standart əl qumbarası, 8 ədəd "UZRQM" zapalı, 4 ədəd "RKQ 3E" tank əleyhinə əl qumbarası, 11 ədəd T.Ə.Ə.Q. RKQ 3E əl tutacağı, 3 ədəd "RQ-7" mərmisinin barıt atımı, 3 ədəd "MPM" minasının zapalı) və 1771 ədəd döyüş sursatıdır (744 ədəd patron 5.45 mm, 775 ədəd patron PS 7.62, 203 ədəd TOZ-8 tüfəng gülləsi, 23 ədəd Patron LPS 7.62, 23 ədəd avtomat sandığı 7.62, 1 ədəd əl pulemyotu RPK sandığı, 2 ədəd SVD tüfəng sandığı).

Aşkarlanmış partlayış təhlükəli əşyalar və hərbi sursatlar müvafiq qaydada zərərsizləşdirilib və aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər və aidiyyəti qurumların əməkdaşları tərəfindən hadisə yerinə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti