...

Bakıda sərnişin avtobusu “Kamaz”la toqquşub, xəsarət alanlar var

Hadisə Materials 26 Sentyabr 2012 12:45 (UTC +04:00)
Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza bu gün günorta saatlarında "Meyvəli" bazarının yaxınlığında baş verib.
Bakıda sərnişin avtobusu “Kamaz”la toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda sərnişin avtobusu "Kamaz"la toqquşub.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza bu gün günorta saatlarında "Meyvəli" bazarının yaxınlığında baş verib.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Ölənlər barədə hələlik məlumat yoxdur.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.

Xatırladaq ki, dünən səhər saatlarında Binəqədi rayonunda sərnişin avtobusu ilə "Kamaz" toqquşmuş və bir neçə nəfər xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti