...

Bakıda çayxanada qanunsuz totalizator oyunlarının keçirilməsi aşkar olunub

Hadisə Materials 3 Noyabr 2012 13:13 (UTC +04:00)
Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib.
Bakıda çayxanada qanunsuz totalizator oyunlarının keçirilməsi aşkar olunub

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada "Zenit Bet" adlı qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib.

Qumarxanaya baxış zamanı müştərilər tərəfindən alınmış 560 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd kompüter və 256 manat uduşa qoyulmuş pul aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti