...

Bakıda taksi sürücüsü və qadın Cəlilabad rayon sakinini qarət edib

Hadisə Materials 19 Noyabr 2012 11:08 (UTC +04:00)
Faktla bağlı araşdırmalara başlanıb.
Bakıda taksi sürücüsü və qadın Cəlilabad rayon sakinini qarət edib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda taksi sürücüsü və bir qadın Cəlilabad rayon sakinini qarət edib.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Alim Nadirov 19-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək naməlum şəxslər tərəfindən qarət olunduğu barədə məlumat verib.

Bildirib ki, 3-cü mikrorayon ərazisində bazarın qarşısındakı kafenin yaxınlığında tanımadığı taksi sürücüsü və bir qadın yaxınlaşaraq onu kafedə yemək yeməyə dəvət ediblər. Kafedən çıxandan sonra taksi sürücüsü Nadirovun əllərini tutub, qadın isə onun cibindən 100 manat pulunu götürərək qaçıblar.

Faktla bağlı araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti