...

Bakıda qanunsuz mərc oyunlarının təşkili faktı aşkar edilib

Hadisə Materials 28 Noyabr 2012 12:03 (UTC +04:00)
Kluba baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd televizor, 1 ədəd modem, 1 ədəd anten bloku, 66500 manat dəyərində 1654 ədəd müştərilərə satılmış kupon qəbzlərin kötükləri, 232 manat pul və digər ləvazimatlar aşkar edilərək götürüb.
Bakıda qanunsuz mərc oyunlarının təşkili faktı aşkar edilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qanunsuz mərc oyunlarının təşkili faktı aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki "Zenit bet" klubunda, Bakı şəhər sakinləri Aslan Quliyevin və Rəşad Bədəlovun mərc oyunları təşkil etmələri müəyyən edilib.

Kluba baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd televizor, 1 ədəd modem, 1 ədəd anten bloku, 66500 manat dəyərində 1654 ədəd müştərilərə satılmış kupon qəbzlərin kötükləri, 232 manat pul və digər ləvazimatlar aşkar edilərək götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti