...

Suriyada böhran dövründə 43 min nəfər öldürülüb

Hadisə Materials 15 Dekabr 2012 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Suriyada artıq bir il yarımdır davam edən böhran dövründə ölənlərin sayı 43 min nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı Suriyanın İnsan Haqları Komitəsinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, ölən suriyalı hərbiçilərin sayı təxminən 10 min nəfərə çatır.

Ən çox sayda suriyalı qaçqın Türkiyədə məskunlaşıb.

Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması İdarəsinin (AFAD) məlumatına görə, Türkiyədə suriyalı qaçqınların sayı 105 min nəfərə çatıb.

Türkiyədən savayı suriyalı qaçqınlar qonşu ərəb ölkələrində - Livan, İraq və İordaniyada da məskunlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti