...

Şabran sakini ürəyindən bıçaqlanıb

Hadisə Materials 22 Yanvar 2013 08:00 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Şabran sakini ürəyindən bıçaqlanıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Şabranda bıçaqlanma hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Güləmli kəndindəki köhnə fermaların ərazisində baş verib.

Ürəyindən bıçaq zərbəsi alan 25 yaşlı Şabran rayonu Dağbilici kənd sakini Tacir Həsənov hadisə yerində ölüb. Onun cəsədi müayinə olunmaq üçün Xaçmaz rayon morquna gətirilib.

Araşdırma zamanı məlum olub ki, Tacir Həsənov Vüqar Həkim oğlu Zeynalov tərəfindən qətlə yetirilib. Vüqar Zeynalov Tacir Həsənova çiyninin sol hissəsindən, ürək nahiyyəsindən bıçaq xəsarəti yetirib. Həsənov xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisənin tərəflər arasında söyüş səbəbindən yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti