...

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub

Hadisə Materials 2 Mart 2013 12:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 1-də saat 04.00 radələrində İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs, orada operator işləyən rayon sakini Emin Hüseynovun ağızını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib.
İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın olub

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

Füzulidə yanacaqdoldurma məntəqəsində operatoru soymuş şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 1-də saat 04.00 radələrində İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs, orada operator işləyən rayon sakini Emin Hüseynovun ağızını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib.

Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti