Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Masallının İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzində əxlaqsızlıq yuvası aşkarlanıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzinin icarədarı Yardımlı rayon sakini Əcəmi Canəliyevin mərkəzdə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırma aparılır.