Azərbaycan, Bakı, 7 mart /Trend/
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Belə ki, Abşeron rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bununla yanaşı, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Reno" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.