...

Köməksiz vəziyyətdə qalmış vətəndaşa yardım edilib

Hadisə Materials 1 May 2013 05:06 (UTC +04:00)
Köməksiz vəziyyətdə qalmış vətəndaşa yardım edilib. Bunu Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Köməksiz vəziyyətdə qalmış vətəndaşa yardım edilib

Azərbaycan, Bakı, 1 may /Trend/

Köməksiz vəziyyətdə qalmış vətəndaşa yardım edilib. Bu haqda Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Bakı şəhəri, Binəqədi rayonunda bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edərək kömək istəyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşın barmağı sıxıldığı üçün şişib.

Xilasedicilər Təcili Tibbi Yardım Stansiyasının həkimlərının nəzarəti altında təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıblar.

Əməliyyat saat 02:30-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti