Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Goranboy rayonunun Yenikənd kəndində yaşayan Əfsanə İsmayılovanın meyiti çaydan tapılaraq çıxarılıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 29-da Goranboy rayonunun Yenikənd kəndində yaşayan Əfsanə İsmayılova intihar məqsədi ilə Qaraçayın Qaraçinar kəndinin ərazisindən keçən hissəsində özünü çaya atıb.
Mayın 30-da İsmayılovanın meyiti çayın Zeyvə kəndinin ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb.
Faktla əlaqədar Goranboy Rayon Porkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə hədddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.