...

DİN Bakı-Şamaxı yolundakı qəzada ölənlərin adlarını açıqladı

Hadisə Materials 13 İyun 2013 13:41 (UTC +04:00)
DİN Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi ilə rəsmi məlumat yaydı.
DİN Bakı-Şamaxı yolundakı qəzada ölənlərin adlarını açıqladı

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

DİN Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yaydı.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 12-də saat 13.30 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsinin ərazisində Füzuli rayon sakini Dəyanət Quliyevin idarə etdiyi "Howo" markalı və Bakı şəhər sakini Samir Rəhimovun idarə etdiyi "Toyota Land-Cruiser" markalı avtomaşınlar toqquşub.

Nəticədə S.Rəhimov və sərnişinləri, Bakı şəhər sakinləri İsmayıl Quliyev, Aygün Səfərəliyeva və Günay Bünyatova hadisə yerində ölüblər, xəsarət almış digər sərnişini, Bakı şəhər sakini Cavid Mustafayev isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti