...

Bakıda narkotik alverçiləri yaxalanıb

Hadisə Materials 24 İyun 2013 12:04 (UTC +04:00)
Bakıda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb.
Bakıda narkotik alverçiləri yaxalanıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini Vüqar Cəfərovdan 46 qramdan artıq heroin aşkar edilib.

Keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitəni ona satan Bakı şəhər sakini Sənan Şeydayev saxlanılıb. Bundan əlavə, narkotik vasitəni Şeydayevə satan şəxs - Taleh Nəzərov da aşkar edilərək yaxalanıb. Taleh Nəzərovun üzərindən 9 qramdan artıq heroin, yaşadığı II Zabrat qəsəbəsi Engels küçəsindəki mənzilindən isə əlavə olaraq 4 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti