...

Çində leysan nəticəsində həlak olanların sayı 105 nəfərə çatıb

Hadisə Materials 20 Avqust 2013 05:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Çində yağan leysan nəticəsində həlak olanların sayı 105 nəfərə çatıb, 115 insanın talehi isı naməlumdur. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, ötən həftə Çinin şimal-şərqindəki əyalətlərdə güclü yağışlar yağıb. Çinin cənubu isə "Utor" tayfunundan zərər çəkib.

Çin mediası ölkənin şimalına yağan leysanı son 10 ilin ən dağıdıcı hadisəsi hesab edir.

Leysan 256 min hektar kənd təsərrüfatı sahəsini dağıdıb.

Hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün 3 mindən artıq hərbçi çalışır.

Xəbər lenti

Xəbər lenti