...

Qobustanda uç uşaq atası intihar edib

Hadisə Materials 11 Sentyabr 2013 09:38 (UTC +04:00)
Qobustan rayonunda uç uşaq atası özünü asaraq intihar edib.
Qobustanda uç uşaq atası intihar edib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/

Qobustan rayonunda uç uşaq atası özünü asaraq intihar edib.

Qobustan Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 10-da səhər saat 10:00 radələrində Qobustan rayonu Çuxanlı kənd sakini 1970-ci il təvəllüdlü İsayev Asif özünü yaşadığı evin həyətindəki ağacdan iplə asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.

Qeyd edək ki, Asif İsayev 3 övlad atası olub.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti