...

Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib

Hadisə Materials 13 Oktyabr 2013 13:29 (UTC +04:00)
Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib.
Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib

Azərbaycan, Bakı, 13 oktyabr / Trend, müxbir S. Ağayeva /

Samarada qəza zamanı azərbaycanlının xəsarət alanlar arasında olması hələlik təsdiqlənməyib. Trend Samara FHN-in əməliyyat qərargahına istinadən, bu barədə məlumat verir.

13 nəfərdən yalnız iki nəfərin cəsədi tanınıb, daha ətraflı məlumat axşam daxil olacaq, FHN-dən bildirilib.

Samara vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin İdarəsindən bildirilib ki, həlak olmuş şəxslər Tacikistan və Özbəkistan vətəndaşı olub.

Hadisə gecə yarısına yaxın Samara vilayətinin Böyük Çerniqov rayonun M-32 yolunda baş verib.

Nijniy Novqorod vilayətinin dövlət nömrə nişanlı "Toyota" markalı mikroavtobusu qarşılıqlı hərəkət zolağına çıxaraq, Qazaxıstandan gələn "Mercedes" markalı avtofurqonla toqquşub. Zərbənin təsirindən hər iki avtomobil arxa düşüb, nəticədə 13 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti