...

Azərbaycan Ordusunun iki əsgəri güllə yarası alıb

Hadisə Materials 14 Noyabr 2013 11:08 (UTC +04:00)
Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.
Azərbaycan Ordusunun iki əsgəri güllə yarası alıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Hadisə zamanı yaralanan əsgər hərbi hospitala yerləşdirilib.

Əsgərimizin yaralanması ilə nəticələnən digər hadisə də Ermənistanla cəbhə xəttində yerləşən hərbi hissələrin birində baş verib.

Belə ki, təhlükəsizlik qaydalarına əməl etməyən Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Elman Süleymanov tabeliyindəki avtomat silahdan atəş açıb. Nəticədə Süleymanovun əsgər yoldaşı 19 yaşlı Natiq Əsədov yaralanıb. Yaralı əsgər hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə hər iki hadisənin baş verdiyini təsdiqləyiblər və hazırda hər iki fakt üzrə araşdırma aparıldığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti