...

Biləsuvarda yol polisini avtomobili ilə vuran sürücü saxlanılıb

Hadisə Materials 6 Yanvar 2014 13:38 (UTC +04:00)
Biləsuvarda yol polisini avtomobili ilə vuran sürücü saxlanılıb.
Biləsuvarda yol polisini avtomobili ilə vuran sürücü saxlanılıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Biləsuvarda yol polisini avtomobili ilə vuran sürücü saxlanılıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov "saxla" işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti "BMW" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə saxlanıb. R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti