...

Lənkəranda məktəbdən oğurluq edən dəstə ifşa olunub

Hadisə Materials 31 Yanvar 2014 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Lənkəranda orta məktəblərin birində oğurluq edən dəstə zərərsizləşdirilib. Oğrular məktəbin arxiv otağını talan ediblər.

Trend CTV-yə istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə şəhər 2 saylı orta məktəbin həyətindəki anbardan təhsil məqsədi üçün nəzərdə tutulmuş bərk invertarların oğurlanması barədə məlumat daxil olub. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fayaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramil Rəhman oğlu Qulamov şubhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər yanvarın ayının ortalarında məktəbin arxiv otağında seyfi sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngini, 2 ədəd "F1" və 3 ədəd "RQD3" tipli əl qumbarasını, həmçinin xeyli sayda patron oğurlayıblar.

Polis Şöbəsinin istintaq bölməsindən bildiriblər ki, hazırda istintaq davam etdirilir. Saxlanılan şəxslər şübhəli şəxs qismində tutulublar, barələrində cinayət işi başlanıb, istintaq davam etdirilir. Əgər günahları sübut edilərsə, onları 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Saxlanılan şəxslər isə törətdikləri əməllərdən peşman olduqlarını etiraf ediblər. Maraqlıdır ki, onlar bunu quş ovlamaq və qonşuluqda xeyir işdə istifadə etmək üçün etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti