...

Abşeronda kişinin intihar etməsinin qarşısı alınıb

Hadisə Materials 13 Fevral 2014 17:39 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər kişi intihara cəhd etmək məqsədilə binanın damına qalxıb.
Abşeronda kişinin intihar etməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Abşeronda özünü çoxmərtəbəli binadan atmaq istəyən kişinin intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər kişi intihara cəhd etmək məqsədilə binanın damına qalxıb.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü 12 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən atmaq niyyətindədir.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 14:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti