...

Abşeronda top mərmisi tapılıb

Hadisə Materials 11 Mart 2014 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Abşeronda top mərmisi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd istifadə üçün yararsız 200 mm-lik top mərmisi olduğu müəyyən olunub.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Nəticədə həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti