...

DİN Şamaxıda qardaş qətli ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 30 May 2014 13:37 (UTC +04:00)
Şamaxı rayonunun Mərzəndiyə kəndində Mais Şahməmmədov qardaşı Firuzu odlu silahdan açılan atəşlə qətlə yetirib.
DİN Şamaxıda qardaş qətli ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Şamaxı rayonunun Mərzəndiyə kəndində Mais Şahməmmədov qardaşı Firuzu odlu silahdan açılan atəşlə qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib.

F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirmiş, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan "Naqan" tipli tapança götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti