...

Bakıda Rusiya vətəndaşını öldürən şəxs tutulub

Hadisə Materials 30 May 2014 13:40 (UTC +04:00)
Rusiya Federasiyasının vətəndaşını bıçaqla qətlə yetirib cəsədini torpağa basdırmış Eldar Hüseynov tutulub.
Bakıda Rusiya vətəndaşını öldürən şəxs tutulub

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Rusiya Federasiyasının vətəndaşını bıçaqla qətlə yetirib cəsədini torpağa basdırmış Eldar Hüseynov tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Bakı şəhər sakini Eldar Hüseynov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırıb.

Xaron Şahiyevin meyiti eksqumasiya edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə E.Hüseynov tutulub.

Qeyd edək ki, Xaron Şahiyev milliyyətcə çeçen olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti